Əli Məsimli: "Daha çox insan ipoteka kreditlərindən faydalana biləcək" AÇIQLAMA

Əli Məsimli: "Daha çox insan ipoteka kreditlərindən faydalana biləcək" AÇIQLAMA

"Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb. Bu da onu göstərir ki, əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur". Bunu SİA-ya açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib.

Millət vəkili bildirib ki, ipoteka kreditləşməsi ilə bağlı Azərbaycanda xeyli iş görülüb: "İpoteka şərtlərinin sadələşdirilməsi, əhalinin xeyli hissəsi üçün əlçatan edilməsi, əlavə addımların atılmasına ehtiyac var idi. Bu istiqamətdə çox söz-söhbət gedirdi. Lakin son illərdə atılan addımlar yalnız sosial ipotekanın maksimum məbləğinin 35 min manatdan, 50 min manata çatdırılmasından ibarət oldu. Amma faiz dərəcələrinin aşağı salınması, ilkin ödəniş üçün optimal variantın tapılması, ipotekanın regionlara yayılması kimi məsələlərin həlli istiqamətində konkret addımlar atılmalıdır. Hesab edirəm ki, Prezidentin ipoteka ilə bağlı bu addımı həmin problemlərin də həllinin sürətlənməsinə təsir edəcək və bundan sonra daha çox insanlar ipoteka kreditlərindən faydalana biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə