"Qeyri-neft sektorunun əsasında sahibkarlığın inkişafı durur" AÇIQLAMA
"Ümumiyyətlə ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin təməlində dayanır. Qeyri-neft sektorunun da əsasında, özülündə sahibkarlığın inkişafı durur ki, Azərbaycanda sahibkarlığın inkişafına dövlət daim dəstək göstərir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Azər Badamov qeyd edib ki, sahibkarlığın inkişaf etdirilməsi üçün bu günə qədər Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə milyonlarla vəsait güzəştli şərtlərlə sahibkarlara kreditlər verilib: "Dövlət başçısı İlham Əliyev sahibkarlğın inkişaf etdirilməsi üçün mühüm qərarlar, sərəncamlar imzalayıb. Bu günlərdə verilən qərarın da sahibkarlığın inkişafında müstəsna rolu olacağına inanırıq. İki il ərzində vergi və insan həyatı üçün təhlükə yaradan hallar istisna olmaqla bütün yoxlamaların dayandırılması, vergi məcəlləsində edilən dəyişikliklər sahibkarlığın sərbəst inkişafına tam şərait yaradacaqdır. Bu isə sahibkarlığın inkişaf etdirilməsi ilə yanaşı neftdən asıllığının da aradan qaldırılmasında önəmi rol oynayacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB