SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublikanın hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir. Gədəbəy, Neftçala və Şəki rayonlarının daha 3 kəndinə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Dövlət Neft Şirkətindən (SOCAR) SİA-ya verilən xəbərə görə, Gədəbəy rayonunda keçirilən tədbirdə bildirilib ki, 210 abonenti olan Nərimankənd kəndinə ilk dəfə təbii qazın verilməsi məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 15434 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Neftçala rayonunun 583 abonenti olan Aşağı Qaramanlı kəndinin yenidən qazlaşdırılması zamanı 30992 metrlik polietilen və metal borularla qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Şəki rayonunun Böyük Dəhnə kəndinə də təbii qazın verilişi bərpa edilib. Qeyd olunub ki, 940 abonentlik kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 74049 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 940 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB