“Ümumdünya Ərzaq Günü”nü qeyd edildi FOTOLAR

“Ümumdünya Ərzaq Günü”nü qeyd edildi FOTOLAR

16 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə "Ümumdünya Ərzaq Günü"nü qeyd edib. Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Nümayəndəsi Mustafa İmir, Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi və digər səlahiyyətli nümayəndələr çıxış ediblər. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA--ya verilən xəbərə görə,"Ümumdünya Ərzaq Günü"nün bu ilki mövzusu "Sosial müdafiə və kənd təsərrüfatı" seçilmişdir. Bu mövzunun seçilməsində əsas məqsəd ərzaq təhlükəsizliyinin təmin edilməsi və aclıq və yoxsulluğun azaldılmasında sosial müdafiə tədbirlərinin oynadığı rolu vurğulamaqdır.

Nazir müavini İlham Quliyev Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd təsərrüfatınn və kənd ərazilərinin inkişaf etdirilməsi sahəsində həyata keçirilən məqsədyönlü siyasət və tədbirlərdən, dövlət dəstəyindən, həmçinin sosial müdafiə sahəsində həyata keçirilən ünvanlı sosial yardım və digər dəstək xidmətlərinin göstərilməsini, aztəminatlı qrupların imkanlarının artırılması istiqamətində həyata keçirilən dəstəkdən danışmışdır. Nazir müavini cari ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edildiyini və bu sahənin davamlı inkişafının ölkənin əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. O təhlükəsiz və rəqabətə davamlı kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyinin tam təmin olunması, yeni texnologiyaların tətbiqi və bu sahədə tədqiqatların genişləndirilməsi istiqamətində aparılan tədbirlər barədə məlumat vermişdir.

Nazir müavini BMT və onun ixtisaslaşmış təskilatları ilə mövcud əməkdaşlıq əlaqələrindən, o cümlədən ərzaq və kənd təsərrüfatı sahəsində BMT-nin nüfuzlu təşkilatı olan FAO ilə Azərbaycan arasında yaradılmış sıx əlaqələrdən danışmış, xüsusilə də FAO-nun mandatına daxil olan ətraf mühit və təbii ehtiyatların mühafizəsi sahəsində göstərdiyi xidmətlərə görə Leyla xanım Əliyevanın FAO-nun Xoşməramlı Səfiri elan olunmasının bu təşkilatın missiyasının qlobal, regional və milli səviyyələrdə həyata keçirilməsinə böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

İlham Quliyev Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsi və Azərbaycan Hökuməti ilə FAO arasında Tərəfdaşlıq Proqramının yaradılması Təşkilat tərəfindən həyata keçirilən layihələrin ölkədə aqrar islahatların aparılmasında, texniki potensialın artırılmasında və qabaqcıl texnologiyaların ölkəyə gətirilməsində oynadığı rolu diqqətə çatdırıb.

FAO-nun Nümayəndəsi Mustafa İmir builki Dünya Ərzaq İlinin əlamətdar bir ildə keçirildiyini və FAO üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Belə ki, bu il, BMT-nin və FAO-nun yaranmasının 70-ci ildönümü, Beynəlxalq Torpaq İli, Azərbaycanda "Kənd Təsərrüfatı İli" qeyd olunur. Eyni zamanda bu il, ötən ay BMT-nin Qlobal Sammitində Dayanıqlı İnkişaf Məqsədləri üzrə yeni gündəliyin qəbul edildiyi bir ildir.

Mustafa İmir Dünya Ərzaq Gününün mahiyyəti, ölkədə həyata keçirilən sosial dəstəkdən, o cümlədən ünvanlı sosial yardım poqramlarının yoxsulluğun azaldılmasında oynadığı əhəımiyyəti vurğularaq, Azərbaycanın minnilliyin inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirdiyini qeyd etmişdir. Ölkədə olan iqtisadi artım və yoxsulluqla mübarizə sahəsində atılmış ciddi addımlar nəticəsində yoxsullq səviyyəsinin 5%-ə qədər azalmasını, qeyri-neft sektorunun inkişafında edilən uğurlar və səylər barədə danışmışdır. Ölkənin əldə etdiyi bu nailiyyətlərə görə BMT tərəfindən ölkə başçısına təltif edilmiş mükafarlardan, xüsusilə də cari ilin sentyabr ayında keçirilmiş BMT-nin Qlobal Sammitində təqdim edilmiş əhalinin sosial rifahının yaxşılaşdırılması, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə təltif edilmiş Cənub-Cənub mükafatı barədə məlumat verib.

Azərbaycan Hökuməti ilə FAO arasında yaradılmış uğurlu əməkdaşlıq əlaqələrindən, xüsusilə də cari ildə imzalanmış Tərəfdaşlıq Proqramı barədə danışaraq, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsinə xidmət edəcək FAO-nun ölkədə fəaliyyətinin daha da genişlənəcəyini qeyd edib. Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədləri üzrə yeni gündəlikdə əsas hədəflərin yoxsulluğun aradan qaldırılması, dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərinin inteqrasiyası olduğu vurğulayan Nümayəndə yeni inkişaf məqsədlərinə nail olunmasında birgə səylərin göstərilməsinə çağırıb.

Tədbirdə 2015-ci ilin BMT tərəfindən Beynəlxalq Torpaq İli elan edilməsi, bu sahədə FAO-nun həyata keçirdiyi fəaliyyətlər və tədbirlər barədə danışılmış və bununla əlaqədar FAO tərəfindən Beynəlxalq Torpaq İli: Torpaq Ehtiyatlarının Dayanıqlı İdarə edilməsində Üzvi Əkinçiliyin rolu" mövzusunda təqdimat edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə