"Azəri-Çıraq-Günəşli" yatağı işlənməyə başlayandan indiyədək 381 mln.ton neft hasil olunub". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR ) vitse-prezidenti Xoşbəxt Yusifzadə Xəzər-Avropa Klubunun biznes forumunda çıxışı zamanı deyib.
Xoşbəxt Yusifzadə qeyd edib ki, bu həcmin 208 mln.tonu Azərbaycanın mənfəət neftinin payına düşüb: "Bu ilin 9 ayında isə AÇG-dən 23,5 mln. ton neft hasil olunub ki, bunun da 15,,5 mln. tonu mənfəət neftinin payına düşür. Bu da ümumi hasilatın 66%-i deməkdir. Göründüyü kimi, mənfəət nefti ilbəil artır. Beləliklə də mənfəət nefti təxminən 75-80%-ə çatacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB