İpoteka ilə bağlı yeni sənəd hazırlanır

İpoteka ilə bağlı yeni sənəd hazırlanır

"İpotekaya dair qanun Azərbaycan Respublikası Milli Məclisində qəbul edilib. Sosial ipoteka ilə bağlı yeni sənədlərin təqdim olunmasının da vaxtı çatıb. Bu sənədləri isə Milli Məclis deyil, hökumət strukturları hazırlamalıdır". Bu fikirləri SİA-ya millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli sosial ipotekaların verilməsi məsələsinə aydınlıq gətirərkən deyib.

Əli Məsimlinin sözlərinə görə, Mərkəzi Bankla Maliyyə Nazirliyi ipotekaya dair yeni sənəd hazırlayır: "Sənəd yaxın aylarda tamamlanacaq və sözügedən məsələ öz həllini tapacaq. Mən iqtisadçı ekspert, millət vəkili olaraq öz çıxışlarımda davamlı olaraq aidiyyatı qurumları tələsməyə çağırmışam. Hesab edirəm ki, bu qanun qəbul edilməsi ilə xüsusi ilə də, gənclərin mənzil-məişət qayğıları tam şəkildə həllini tapacaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə