“2016-cı ilin büdcə zərfi peşəkarlıqla tərtib olunub" AÇIQLAMA

“2016-cı ilin büdcə zərfi peşəkarlıqla tərtib olunub" AÇIQLAMA

"2016-cı ilin büdcə zərfi peşəkarlıqla tərtib olunub. Dünyada böhran olmasına baxmayaraq, belə büdcə layihəsinin hazırlanması qürurvericidir". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili Əhliman Əmiraslanov Milli Məclisdə "Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, gələn ilin dövlət büdcəsində sosial, elm, təhsil, səhiyyə sahələrinə ayrılan vəsaitin artdığını qeyd edib: "2016-cı ilin dövlət büdcəsində səhiyyə sahəsinə ayrılan 750 mln. manat bu sahənin daha da inkişafına şərait yaradacaq".

Millət vəkili ölkəmizdə dərman peraparatlarının qiymətinin tənzimlənməsinin insanların rifahı üçün çox önəmli addım olduğunu, peraparatların keyfiyyətinin yüksəldiyini deyib.

O, anadangəlmə eşitməqüsurlu uşaqların müalicəsinə diqqət çəkərək, bu uşaqların 3 yaşınadək müdaxilə edilməsə, ömürlük belə qala biləcəklərini vurğulayıb. Deputat belə uşaqların əməliyyatı üçün dövlətin köməklik göstərməli olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə