Cavid Qurbanov OTİF-in 12-ci Baş Assambleyasında iştirak edib
Bu gün Beynəlxalq Dəmir yolu Daşımaları üzrə Hökumətlərarası Təşkilatların (OTİF) 12-ci Baş Assambleyası keçirilib. İsveçrənin Bern şəhərində keçirilən iclasda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da iştirak edib. Qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, C.Qurbanov "Azərbaycan Dəmir Yolları"nda həyata keçirilən islahatlar haqqında məlumat verib. Azərbaycan Respublikası 14 aprel 2015-ci ildə KOTİF-in konvensiyasina qoşulub və bu qanun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunub. C.Qurbanov Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, elə bu səbəbdən də Azərbaycan ərazisindən Ermənistana birbaşa və yaxud tranzit yük daşınmasına heç bir halda icazə verilməyəcəyini xususi ilə vurğulayıb.
Cəmiyyət sədri həmçinin Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizində Azərbaycanın fəal iştirak etməsindən söz açıb. C.Qurbanov dəmir yollarında irihəcmli işlərin gedişatı, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və bu layihənin Azərbaycanın tranzit potensialını artıracağı barədə iclas iştirakçılarına geniş məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB