Bu gün Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı və "Əsrin müqaviləsi"nin imzalanmasının 21-ci ildönümü təntənəli mərasimlə qeyd olunur. SİA-nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, energetika naziri Natiq Əliyev, Milli Məclisin sədr müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev şirkətin çoxminli kollektivini Neftçilər günü münasibəti ilə təbrik edib.
SOCAR prezidenti qeyd edib ki, fədakar neftçilərin əməyi hə zaman dövlət tərəfində yüksək qiymətləndirib, onlar qayğı ilə əhatə olunublar.
Rövnəq Abdullayev Azərbaycan iqtisadiyyatının inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin "Əsrin müqaviləsi"nin imzalanmasında və ölkəmizin dünyada neft ölkəsi kimi tanıdılmasında əvəzsiz xidmətlərindən danışıb.
Mərasimdə çıxış edən digər natiqlər isə öz növbələrində bütün neftçiləri bayram münasibəti ilə səmimi qəlbdən təbrik edərək, onlara peşələrində daha çox uğurlara imza atmağı arzulayıblar.
Daha sonra SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təltif edilmiş fəxri fərman təqdim edilib. Xoşbəxt Yusifzadə çıxış edərək bildirib ki, Azərbaycanda elə bil ailə yoxdur, orada neftçi olmasın: "Buna görə də bu bayram yalnız neftçilərin deyil, bütün Azərbaycan xalqının bayramıdır".
Sonra SOCAR tərəfindən təşkil olunan müsabiqənin qalibləri mükafatlandırılıb.Tədbir konsert proqramı ilə davam edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB