Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Kənd təsərrüfatı naziri Heydər Əsədov sentyabr ayının 18-də Neftçala rayonunda Neftçala, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, suvarma suyuna olan tələbat, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, süni mayalanma xidmətinin gücləndirilməsi, supsidiyaların vaxtında verilməsi, torpaqlarda meleorativ tədbirlərin aparılması, kənd təsərrüfatı məhsullarının satışı üçün qəbul məntəqələrinin yaradılması, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Görüşdə nazir Heydər Əsədov ölkəmizdə nazirlik tərəfindən müasir standartlara cavab verən texnoloji avadanlıqlara malik yeni Süni Mayalanma Mərkəzinin yaradılması barədə məlumat verdi və bu mərkəzin Avropada ən böyük Süni Mayalandırma Mərkəzlərindən biri olacağını bildirdi. Həmçinin qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" 21 avqust 2015-ci il tarixli 1363 nömrəli Sərəncamı ilə əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya veriləcəkdir. Hazırda süni mayalanma yolu ilə alınmış hər baş buzova görə subsidiyanın verilməsi qaydası hazırlanır. Burada korrupsiya hallarına yol verilməməsi və şəffaflığın tam təmin olunması üçün müvafiq tədbirlərin nəzərdə tutulduğunu bildirdi.
Qəbul zamanı nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Heydər Əsədov sakinlərlə görüş zamanı ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı Sərəncamları ətraflı şərh edib, qəbul olunmuş sərəncam və qərarların bütövlükdə kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə kənd təsərrüfatının inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin
fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB