"Neftin qiyməti düşərsə, büdcədə ixtisarlar aparılacaq" AÇIQLAMA

"Neftin qiyməti düşərsə, büdcədə ixtisarlar aparılacaq" AÇIQLAMA

"Təbii ki, neft qiymətləri büdcənin icrasında çox böyük rol oynayır". Bu sözləri SİA-ya iqtisadçı ekspert Samir Əliyev neftin qiymətinin dövlət büdcəsində təyin ediləndən daha aşağı düşməsinin büdcəyə təsirindən danışarkən deyib.

Samir Əliyevin sözlərinə görə, Azərbaycan büdcəsində neftin əvəzolunmaz rolu var və bu dövlət büdcəsinə mütləq şəkildə öz təsirini göstərəcək: "Təbii ki, bu təsir 2015-ci ildəki kimi olmayacaq. Çünki 2015-ci ildə büdcə 90 dollardan nəzərdə tutulmuşdu. Lakin indi büdcə 50 dollardan hesablanıb. 2015-ci ilin 8 ayı ərzində neftin qiyməti 59-60 dollara yaxın idi. Arada 30 dollar civarı fərq var".

O bildirib ki, hazırda müəyyən edilən qiymət normal səviyyədədir: "Əslində təyin edilən qiymətin 10 və 20 dollar aşağı düşmə ehtimalı o qədər də yüksək deyil.

Lakin əgər neftin qiyməti bundan sonrakı mərhələdə 45 dollara qədər düşərsə, bu halda hökumət büdcənin icrasında müəyyən ixtisarlar edəcək.

Bizdə artıq bununla bağlı müəyyən təcrübə var. 2009-cu ildə büdcənin icrasında təxminən 19 faizə yaxın ixtisar aparılmışdı. Çünki həmin vaxtda neft qiymətləri aşağı düşmüşdü. 2015-ci ilin büdcəsində də oxşar proseslər yaşandı. Bu zaman da çoxlu ixtisarlar aparıldı.

Əgər bu il də həmin hallar baş verərsə, investisiya xərcləri, dövlət qurumlarına ayrılan xərclər böyük ehtimalla azaldılacaq. Müəyyən şəkildə vergi dərəcələri də artırılacaq. Variantlar arasında devalvasiyanın olacağı ehtimal olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə