“Qazprom” bu həftədən AzMeCo-ya qaz nəql edəcək AÇIQLAMA
Rusiyanın "Qazprom" ASC sentyabr ayının 20-21-dən Azərbaycan Metanol Zavoduna (AzMeCo) qaz nəqlinə başlayacaq. SİA-nın məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.
qeyd edək ki, sentyabrın 11-də Bakıda "AzMeCo" (Azərbaycan Metanol Zavodu) ilə Rusiyanın "Qazprom eksport" şirkətləri arasında müqavilə imzalanıb. Müqaviləyə görə, "Qazprom" ildə 2 mlrd. kubmetrə qədər təbii qazı "AzMeCo" şirkətinə satacaq. Bu həcmdə qazla "AzMeCo"nun Qaradağda yerləşən metanol zavodunun qaza olan tələbatı 100% təmin ediləcək.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB