“Şengendən imtina miqrant problemini həll etməyəcək” AÇIQLAMA

“Şengendən imtina miqrant problemini həll etməyəcək” AÇIQLAMA

"Şengen zonası bu gün Avropada birmənalı şəkildə Avropa kodunun yaradılması üçün bir ideya idi. Şengen zonasını yaradılması vahid Avropa məkanının formalaşmasına hesablanıb". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov söyləyib.

İqtisadçı bildirib ki, belə bir zonanın yaradılmasının bir neçə məqsədləri var: "Əsas məqsəd Avropaya səfər edən hər bir xaricinin buraya yerləşdirilməsi, viza məsələsinin sadələşdirilməsi, digər məqsəd isə bununla da qeyri-leqal miqrasiyanın qarşısını almaqdan ibarət idi. Lakin son dövrlər Avropada yaşanan miqrasiya böhranı Şengen zonasına münasibəti dəyişib. Çox təəssüf ki, bəzi Avropa ölkələri miqrantları qəbul etməkdən tamamilə imtina ediblər. Həmçinin miqantlara qarşı heç də mülayim münasibət bəslənmir və onlara qarşı güc tətbiq edildiyinin də şahidi oluruq. Şengen zonasına üzv olan ölkələr miqrantları qəbul etmək istəmirlər. Miqrantları qəbul etməkdən imtina edən ölkələr düşünürlər ki, bu gün onların miqrasiya probleminin yaşanmasının əsas səbəbi Şengen zonasıdır. Sözügedən zonanın olması miqrantlaın Avropa daxilində daha asan hərəkət etməsinə səbəb olur. Böhrandan sonra Şengen zonasına münasibət dəyişib. Artıq Şengenə üzv olan ölkələr miqrant böhranından ehtiyatlanaraq buradan çıxmaq haqda düşünürlər. Təəssüf ki, bu gün miqrant probleminin kökü Şengen zonasının olması deyil. Bunun əsas səbəbi yanlış siyasi qərarların verilməsindədir. Ona görə də Şengen zonasından imtina Avropada miqrant problemini həll etməyəcək. Həmin problemin həlli daha düşünülmüş strateji siyasi qərarların verilməsindən asılıdır. Bu gün söhbət miqrantların öz vətənlərini məcburi şəkildə tərk etməsi zamanı onların hüquqlarının qorunmasından gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə