Murtuzəli Hacıyev: "Yayılan məlumatlar düzgün deyil"

Murtuzəli Hacıyev: "Yayılan məlumatlar düzgün deyil"

"Azərbaycanın əkinə yararlı torpaq sahələrinin xarici ölkələrə icarəyə verilməsi haqqında yayılan məlumatlar düzgün deyil". Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev açıqlamasında deyib.

O bildirib ki, belə bir layihənin reallaşacağı ilə bağlı hələ ki, informasiya mövcud deyil: "Məsələ araşdırıldıqdan sonra bununla bağlı məlumat veriləcək".

Digər tərəfdən məsələni şərh edən iqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Azərbaycan kimi kiçik ölkələrdə bu praktikaya nadir rast gəlinir və bu tip layihələr əsasən böyük ölkələr tərəfindən həyata keçirilir: "Rusiya və Qazaxıstanda bununla bağlı müəyyən işlər gedir. Rusiyada artıq Çinlə əkinə yararlı torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı razılaşma da imzalayıb.

Azərbaycan kiçik ölkədir. Burada kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edib. Ona görə də burada sadəcə yerli fermerlərə dəstək olmaq lazımdır. Yeni güzəştlərin və proqramların qəbul olunmasına vacibdir".

İqtisadçının sözlərinə görə, bu, həm də təhlükəsizlik məsələsinə də təsir edə bilər: "Azərbaycanın müharibə şəraitində yaşadığına və ətraf ölkələrdə bizə qarşı müxtəlif təhlükələrin olduğuna diqqət yetirməliyik. Bu qərar qəbul edilərsə, təhlükəsizlik məsələsində də suallar yarada bilər. Ona görə də Azərbaycanla bağlı belə bir addımın atılmasına ehtiyac yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə