KTN tələbələrə təqaüd verəcək

2015-ci ilin Azərbaycan Respublikasında "Kənd Təsərrüfatı ili" elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi və tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib və müsbət nəticələr əldə olunub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar kənd təsərrüfatı sahəsində daha çox ehtiyac duyulan sahələrə gənclərin marağının daha da artırılması məqsədilə kənd təsərrüfatı nazirliyinin müvafiq əmri ilə 250-dən çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr pilləsinin aqronomluq, zootexniklik və baytarlıq ixtisasları üzrə dövlət sifarişi əsasında qəbul edilmiş tələbələrə aldıqları təqaüddən əlavə universitetin xüsusi vəsaitləri hesabına ayda 100 manat məbləğində vəsait veriləcək. Eyni zamanda əlavə vəsaitin ödənilməsi qış və yay imtahan sesiyalarında yüksək qiymətlər alan və universitetin ictimai-sosial həyatında fəal iştirak edən tələbələrə də şamil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə