Elektron imza istifadəçilərinin sayı artıb

Elektron imza istifadəçilərinin sayı artıb

2015-ci ilin avqust ayında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı iyulla müqayisədə 2,3 faiz artaraq 35 915 ədəd təşkil edib. SİA-nın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 21 795 ədəd düşüb, 6 385 ədəd hüquqi şəxslərə, 7 735 ədəd isə vətəndaşlara verilib.

"Elektron hökumət" portalında (e-gov.az) təsdiq edilmiş elektron xidmətlərin sayı 454 ədəd təşkil edir və portalda 335 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı isə 482 ədəd təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə