2016-cı il dövlət büdcəsində ixtisarlar gözlənilirmi? AÇIQLAMA
"2016-cı ilin dövlət büdcəsində sosial ayırmaların və ya sosial layihələrin məhdudlaşdırılması nəzərdə tutulmayıb". Bu sözləri SİA-ya iqtisadçı ekspert Vüqar Bayramov 2016-cı ildə bəzi büdcə ixtisarlarının olacağı ilə bağlı proqnozlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, büdcə ölkənin əsas maliyyə planıdır və bu sahəyə dövlət tərəfindən göstərilən diqqət göz qabağındadır: "Artıq Nazirlər Kabineti tərəfindən təsdiq olunan büdcə layihəsi cənab Prezident İlham Əliyevin sədrliyi ilə müzakirəyə çıxarıldı. 2016-cı il üzrə dövlət büdcəsi həm regiondakı dəyişikliklərə, həm də qlobal faktorlara uyğun olaraq hazırlanmış bir büdcə layihəsidir. Bu büdcə layihəsinin yalnız daxili iqtisadi prinsiplərə deyil, xarici iqtisadi faktorlara da söykənəcəyi ehtimal olunur".
İqtisadçı bildirib ki, sosial ayırmalarda və layihələrdə heç bir ixtisar nəzərdə tutulmayıb: "Praktik olaraq 2016-cı ilin dövlət büdcəsində sosial ayırmaların və ya sosial layihələrin məhdudlaşdırılması nəzərdə tutulmayıb. Bu sahələrdəki hər bir proses əvvəlki qaydada həyata keçiriləcək".
V. Bayramlı bildirib ki, müəyyən dərəcədə ixtisarlar infrastruktur sahəsində nəzərə çarpacaq: "Sözsüz ki, infrastruktur xərclərinə yenidən baxılması və bu xərclərin mövcud qlobal xərclərə uyğunlaşdırılması prosesi həyata keçiriləcək. Bununla da infrastruktur sahəsinə ayrılan xərclərin məbləğində müəyyən məhdudlaşdırılmalar olacaq. Amma düşünürəm ki, infrastruktur layihələrinə daha az vəsaitin ayrılması iqtisadiyyatımıza elə də mənfi təsir göstərməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB