"Dünyada iqtisadi tənəzzül baş verir. Dünya iqtisadiyyatı o qədər qloballaşıb ki, həmin qloballaşma şəraitində demək olar ki, bütün ölkələr bir gəminin içərisindədir". Bunu SİA-ya açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli söyləyib.
Millət vəkili bildirib ki, hazırkı şəraitdə Çin və Rusiyanın birləşərək ABŞ iqtisadiyyatını çökdürməsi inandırıcı deyil: "Son illərdə Çinin iqtisadi artım tempi 8-10% zəifləməyə başlayıb. Hazırda Çin iqtisadiyyatında yaranmış gərgin vəziyyətdən çıxması üçün mütləq böhranlardan keçməlidir. Rusiya iqtisadiyyatı isə hələ böhrandan çıxmayıb və getdikcə bu vəziyyət ağırlaşır. Belə ki, valyuta ehtiyatları əriməyə başlayır. Rusiyanın milli valyutası dekabr ayında kəskin surətdə dəyərini itirdi. Bu gün dünya iqtisadiyyatına diqqət yönəldəndə ciddi təlatümlər özünü göstərir və həmin təlatümlər həm Amerika, həm Çin, Rusiya, həm də Avropa Birliyi ölkələrinin iqtisadiyyatına aiddir. Bu vəziyyətdən çıxmaqdan ötrü təbii ki, müəyyən islahatlar aparılacaq. Rusiyanın iqtisadiyyatı ağır durumda olduğu və Çinin iqtisadiyyatı gerilədiyi üçün iki ölkənin birləşməsi ilə müsbət nəticə əldə etmək mümkün deyil. Çin və Rusiya birləşməklə öz iqtisadiyyatını xilas etməyə çalışa bilər. Onu da deyim ki, Çinlə Rusiyanın iqtisadi əməkdaşlığı istənilən vəziyyətdə inkişaf etsə də, strateji tərəfdaşlığının birləşmək ehtimalı çox aşağıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB