Son günlər avronun dollara nisbətən məzənnəsində kəskin artımlar müşahidə edilir. SİA-nın verdiyi məlumata görə, iqtisadçı-alim Vüqar Bayramov hələ avqustun əvvəlində avronun məzənnəsinin yüksələcəyi ilə bağlı doğru proqnoz verərək qısa müddətli dollar aktivlərini Avropa puluna çevirməyi təklif etmişdi. Azərbaycanlı alimin proqnozundan sonran avro dollara nisbətən 7 faizə yaxın bahalaşıb. Aldığımız məlumata görə, bu ayın əvvəlləri Vüqar Bayramovun son proqnozu mətbuatda yayılandan sonra bir sıra şirkətlər və iş adamları qısa müddətli dollar və manat aktivlərini avroya çevirib indi sataraq ciddi gəlir əldə edə biliblər.
Qeyd edək ki, hər milyon dollarlıq vəsait qısa zamanda 70 min dollar gəlir gətirib.
Əməkdaşımızla söhbətində Vüqar Bayramov bildirib ki, avronun dəyər qazanacağı ilə bağlı proqnozu Çin yuanın develvasiyası və Amerika Birləşmiş Statlarında (ABŞ) müşahidə edilən iqtisadi tənəzzül ilə bağlı idi. Dünya valyuta bazarında avronun hətta qısa müddətli dövrdə olsa da belə güclənəcəyi gözlənilirdi. Çin yuanının məzənnə itirməsi beynəlxalq maliyyədə "İki Ölkə" modelinə uyğun olaraq ABŞ da öz məzənnə siyasətinə dəyişiklik edəcəyini qaçılmaz etmişdi. ABŞ öz valyutasını yumşaltmaqla Çinin qlobal bazarda genişlənməsinin qarşısını aldı. Çünki yuanın dəyərsizləşməsi fonunda sabit dollar Birləşmiş Ştatlar üçün daha ucuz Çin malları demək idi. ABŞ isə Çinin qlobal iqtisadi genişlənməsində heç də maraqlı görsənmir. Eyni zamanda, son dövrədək dəyər itirən avronun son həftələrdəki bahalaşması köhnə qitənin ixrac qabiliyyətinə mənfi təsir göstərmir. Arvonun möhkəmlənməsi eləcə də Avrozonanın aparıcı dördlüyündə vəziyyətin stabilləşməsi ilə bağlıdır.
İqtisadçı alim bildirib ki, iş adamlarından bəzi ona zəng edərək həmin proqnoza baxdıqdan sonra öz qısa müddətli dollar ehtiyatlarını avroya çevirdiklərini və son həftələr Avropa pulunun möhkəmlənməsi nəticəsində xeyili gəlir əldə etdiyini bildirdi. Təbii ki, yerli iş adamlarının valyuta bazarında proqnoz-dəyişikliklərdən istifadə edib öz maliyyə likvidliyini gücləndirməsi çox yaxşıdır.
Vüqar Bayramov əlavə edib ki, ABŞ səhm bazarı avqustun son iş həftəsinə ciddi tənnəzül ilə başlayıb. Bu isə qlobal iqtisadiyyat üçün heç də yaxşı mesaj sayılmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB