Elektron şəxsiyyət vəsiqələrinin iyul ayındakı istifadə sayı bəlli olub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən SİA-ya verilən məlumata görə, ötən ay əhali "Elektron hökumət" portalında olan "Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış" xidmətindən 1 738 dəfə yararlanıb.
Vətəndaş portala daxil olaraq "Elektron arayışlar" bölməsində adıçəkilən xidməti seçməklə şəxsiyyət vəsiqəsinin elektron versiyasını əldə edə bilir.
Sənədi çap etmək, eləcə də elektron nüsxəni istənilən şəxsə e-poçt vasitəsi ilə göndərmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB