Neftimiz yenə ucuzlaşıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,31 dollar, yaxud 0,61% ucuzlaşıb. SİA-nın xəbərinə görə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,31 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,32, dünən isə 50,62 dollar/barel olub.

Bütün xəbərlər Facebook səhifəmizdə