Sərnişin daşınması 3,7% artıb

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 126,4 mln. ton yük və 1041,8 mln. nəfər sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, keçən ilin eyni dövrünə nisbətən yük daşınması 1,4%, sərnişin daşınması 3,7% artıb.

Yük daşınması hava nəqliyyatı ilə 8,5%, sərnişin daşınması avtomobil nəqliyyatı və metro ilə hər birində 3,7%, hava nəqliyyatı ilə 2,8% artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə