Şəmətük kəndi Astaranın Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ən ucqar dağlıq ərazidə yerləşən yaşayış məntəqəsidir. SİA-nın Cənub bürosunun məlumatına görə, yolları dağlıq ərazidən keçən kənddə körpü tikintisi sakinlərin ürəyincə olub. Rayon İcra Hakimiyyyətinin başçısı Qəzənfər Ağayevlə görüşdə kənd sakinlərindən Şəfi Qasımov, Firudin Abbasov, Əfrasiyab Məmmədov, Gülbala Hidayətov və başqaları çıxış edərək son illər respublikamızda, o cümlədən rayonda geniş quruculuq və abadlıq işləri barədə fikirlərini söyləyib, yaradılan rahatlığa görə ölkə Prezidentinə minnətdarlığını bildiriblər.
.jpg)
Şəmətük kəndində çay üzərində salınan körpünün ətrafda yerləşən kəndlərin əhalisinin həyatında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən sakinlər bu çətin relyef şəraitində görülən işlərin inanılmaz olduğunu vurğulayıblar.
.jpg)
İcra başçısı Qəzənfər Ağayev səmimi görüşdən məmnun olduğunu bildirərək qeyd edib ki, yerlərdə görülən işlərin bir qismi səyyar qəbullar zamanı əhalini narahat edən problemlər və söylənilən təkliflər əsasında həyata keçirilir. Qonşu Xıçaso kəndində əhali ilə keçirilən görüş zamanı bu körpünün salınması ilə əlaqədar sakinlər tərəfindən müraciət olunub. Bu təklif əsasında körpünün salınması vacib hesab edilərək tikintisi üçün yollar axtarılıb və hazırda körpüdə tikinti işləri başa çatmaq üzrədir.
Sonra İcra başçısı son tamamlanma işləri aparılan körpüdə görülən işlərlə yaxından tanış olaraq tövsiyə və tapşırıqlarını verib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB