Bu ilin iyul ayı ərzində 2 mln. 382 min 65 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 mln. 628 min 822 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib) SOCAR-dan SİA-ya verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 16 mln. 991 min 794 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən bu ilin avqust ayının 1-ə qədər Ceyhan limanından 279 mln. 459 min 854 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB