İqtisadçı: “Azərbaycanın ÜTT-na üzv olması tezləşdirilir” AÇIQLAMA

İqtisadçı: “Azərbaycanın ÜTT-na üzv olması tezləşdirilir” AÇIQLAMA
"Artıq Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olub. Neftin qiymətinin aşağı düşməsindən sonra Qazaxıstan qeyri-neft sektorunu inkişaf etdirilməsi məsələsinə daha ciddi yanaşır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov söyləyib.

İqtisadçı bildirib ki, bu baxımdan neftin dünya bazarında qiymətinin aşağı düşməsi birmənalı şəkildə neft ölkələrinin potensialını artırmaq üçün Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaşlığın gücləndirilməsi, ÜTT-na üzv olması məsələsini gündəmə gətirir: "Qazaxıstanın üzv olmasından sonra Azərbaycanın da sözügedən təşkilata üzv olması məsələsini aktuallaşdırıb. Nəzərə alsaq ki, qonşu Rusiya, Ukrayna, Gürcüstan, ÜTT-nın üzvləridir. Orta Asiya ölkələrindən Qazaxıstan, Qırğızıstan və digərlərinin üzv olması Azərbaycanın da bu təşkilata qoşulmasını tezləşdirir. Bu aspektdən ÜTT tam hüquqlu üzvü kimi Azərbaycanın ifrat potensialı gücləndirilməsi əsas mövzulardandır. Azərbaycanda son illər həm ikitərəfli, həm də çoxtərəfli danışıqları sürətləndirib. Bu gün əsas müzakirə olunan məsələlər Azərbaycanın inkişaf etməkdə olan ölkə kimi ÜTT-na üzv olmasıdır. Güman olunur ki, Azərbaycanla ÜTT arasında razılaşma olacaq. Bu gün Azərbaycanın ÜTT-na üzv olması üçün praktik olaraq şəxslərin 80%-dən çoxu razılaşıb. Bu da o deməkdir ki, Azərbaycan getdikcə ÜTT-na yaxınlaşmaqdadır. Sözsüz ki, Azərbaycanın üzvlüyü zamanı ən vacib məqamlardan biri ölkənin iqtisadi maraqlarını təmin emək, eləcə də daxili bazarın qorunmasına nail olmadan ibarətdir. Bu baxımdan da ÜTT-na üzv vacib və arzuolunandır. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini aktuallaşdırır. Nəzərə alsaq ki, Azərbaycan da qlobal iqtisadiyyatda inteqrasiya edən və bu inteqrasiyanı sürətlənməsində maraqları olan ölkədir. Ona görə də Qazaxıstanın ÜTT-na üzv olmasından sonra gözlənilir ki, Azərbaycan da sözügedən təşkilata üzv olması üçün danışıqlar daha da sürətlənəcək. Azərbaycanın ÜTT-na üzv olması praktiki olaraq ölkəmizin dövlət maraqları çərçivəsində reallaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə