Azərbaycan nefti ucuzlaşıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,93 dollar yaxud 1,69% ucuzlaşıb. Azərbaycan Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,02 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 57,71, dünən isə 54,95 dollar/barel olub.

Bütün xəbərlər Facebook səhifəmizdə