İqtisadçı: ““Türk axını” TANAP layihəsinə alternativ deyil” AÇIQLAMA

İqtisadçı: ““Türk axını” TANAP layihəsinə alternativ deyil” AÇIQLAMA

""Türk axını" layihəsi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin "TANAP"a bənzədiyi deyilirdi. Lakin biz birmənalı şəkildə bildirmişdik ki, "Türk axını" "TANAP" layihəsinin alternativi deyil". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov söyləyib.

Bildirib ki, praktiki olaraq sözügedən layihə regionda TANAP layihəsinə alternativ deyil: "Sözsüz ki, "Türk axını"nın reallaşmasını sual altına alan bir sıra ciddi faktorlar var. Rusiyada tətbiq edildikdən sonra Rusiya qısa zamanda praktik olaraq addımlar atmağa çalışdı. O cümlədən fərqli istiqamətlərdə öz xarici siyasətini qurmağa çalışır. Məhz bunlardan biri də sözsüz "Türk axını" ilə bağlı Türkiyədə aparılan müzakirələrdir. Bu sadəcə təşəbbüs olaraq Moskva tərəfindən irəli sürülmüşdü. Digər məqam isə "Türk axını" layihəsinin bahalı olması ilə bağlıdır. Belə ki, sözügedən layihə indiki məqamda Rusiyanın maliyyə imkanları nisbətən məhduddur. Buna görə də Rusiyanın "Türk axını" layihəsini maliyyələşdirilməsi inandırıcı deyil. Türkiyə üçün də maliyyə resurslarının ciddi şəkildə bu tip layihələri maliyyələşdirmək imkanına malik olduğunu söyləmək də çətindir. Hər iki tərəfin mövcud maliyyə durumu sözügedən kəmərin maliyyələşdirilməsi üçün zəmin yaratmır. Nəzərə alsaq ki, Rusiya və Türkiyə tərəfi müxtəlif səbəblərdən Qərb üçün heç də arzuolunan tərəflər olmadığından onlar da bu layihəni maliyyələşdirməsində iştirak etməyəcəkdilər. Bu da öncədən gözlənilirdi. Növbəti səbəb isə bazar məsələsi sual altında idi. Türkiyənin Rusiyadan böyük həcmdə mavi qaz almaq planları yoxdur. Türkiyə Rusiyadan mavi qaz asılılığına düşmək niyyətində deyil. Buna görə də Türkiyə mavi qaz idxalını şaxələndirməyə çalışır. Nəzərə alsaq ki, Türkiyənin mavi qaza illik tələbatı 47,6 milyard kub metrdir. Bu da hazırda Türkiyə həmin TANAP layihəsi istifadəyə verildikdən sonra Azərbaycana təxminən 17 milyard kub metrdən artıq mavi qaz olacaq. Qalan 30 milyard kub metr isə başqa ölkələrin payına düşəcək. Türkiyənin İranla da mavi qaz əməkdaşlığı var. Türkiyə bazarı Rusiya mavi qazı üçün heç də böyük bazar deyil. Rusiyanın Türkiyə üzərindən Avropa bazarına çıxış imkanı da məhdud olduğundan və Yunanıstanda baş verən son hadisələrdən sonra Avropa Birliyinin Yunanıstana təsirləri və təzyiqlərinin genişləndiyini nəzərə alsaq bu o deməkdir ki, "Türk axını"nın mavi qaz bazarı ilə bağlı çətinlikləri var. Buna görə də bazar praktiki olaraq çətinliklərdən biri kimi qiymətləndirilirdi. Bütün bu faktorlar "Türk axını" layihəsinin reallaşmasını sual altına alır. Avropa Birliyi TANAP və TAP layihəsinin dəstəkləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə