Londonda, Viktoriya Konfrans Mərkəzində SOCAR-ın Böyük Britaniya nümayəndəliyi və Birləşmiş Krallığın Ticarət və Sənaye Agentliyinin (UKTI) təşəbbüsü ilə Agentliyin "Böyük Dəyər İmkanları" (High Value Opportunities) proqramı çərçivəsində işgüzar brifinq keçirilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, brifinq Azərbaycanın neft və qaz sənayesində yerli istehsal potensialının gücləndirilməsi məqsədi ilə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələsinə həsr olunub. Agentliyin Enerji və İnfrastruktur bölməsinin rəhbəri Campbell Keir brifinqi giriş sözü ilə açaraq, Azərbaycanın neft və qaz sənayesində son dövrlər qazanılmış uğurlardan bəhs edib. Daha sonra, Azərbaycan Respublikasının Böyük Britaniya Krallığındakı səfiri Tahir Tağızadə tədbir iştirakçılarını salamlamış və ölkələr arasında uğurlu əməkdaşlığın tarixindən bəhs edib. Qeyd olunub ki, "Böyük Dəyər İmkanları" proqramı bundan əvvəl 10 ölkədə tətbiq olunmuş və öz müsbət nəticələrini verib. Müvafiq regionlarda əməkdaşlığın və yerli istehsal potensialının gücləndirilməsinə nail olunub. Sevindirici haldır ki, Azərbaycan neft və qaz sənayesinin istehsal potensialı Agentliyin diqqətini cəlb etmiş və bu sahədə mövcud olan problemlərin əməkdaşlıq vasitəsi ilə aradan qaldırılması məqsədi ilə ölkəmiz bu proqrama daxil edilib. SOCAR-ın Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev tədbirdə çıxış edərək, Azərbaycanda sərmayələr üçün əlverişli şəraitin yaradılmasından danışıb. O, Azərbaycanda yerli istehsalın inkişafının dövlət üçün prioritet olduğunu vurğulayıb. Agentliyin Neft və Qaz bölməsinin rəhbəri Steve Smith, neft və qaz üzrə aparıcı mütəxəssisi Sue Whitbread və Azərbaycan üzrə nümayəndəsi Jacqui Mullen proqramın məqsədinə uyğun olan müxtəlif mövzulu təqdimatlarla çıxış ediblər. Nobel Oil and Schneider Elektrik şirkətləri Azərbaycanda biznes imkanları və cari fəaiyyətləri barədə məlumat veriblər. Tədbirdə iştirak edən 30-dan artıq Britaniya şirkəti, o cümlədən CBI, Amec Foster Wheeler, Petrofac, Lloyds Register, Schneider Electric, Nobel Oil, Wood Group və digərləri Azərbaycanda yerli tərəfdaş şirkətlərlə əməkdaşlıq niyyətində olduqlarını bildiriblər. Sonda sentyabrda Aberdin şəhərində keçiriləcək sərgi-konfransda müvafiq mövzu ətrafında daha geniş tərkibli işgüzar forumun təşkili təklif edilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB