"Azəriqaz" İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Qurumun mətbuat xidmətindən SİA-ya görülən işlərin nəticəsidir ki, cari ilin yanvar-iyun aylarında Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı 1602 əhali abonentinin, 23 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq "qüsur aktı" tərtib olunub. Tərtib olunan həmin aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 380 595 manat dəyərində dəymiş ziyan hesablanıb.
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB