“AzeriLight” ucuzlaşıb

Azərbaycan neftinin ucuzlaşması davam edir. Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən SİA-ya verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 3,64% və ya 2,32 dollar ucuzlaşaraq 61,29 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə