Sosial reklamlar üçün konkret qərar AÇIQLAMA

Sosial reklamlar üçün konkret qərar AÇIQLAMA

"Milli Məclisdə sədr Oqtay Əsədovun, o cümlədən millət vəkillərinin ən çox toxunduğu məsələ sosial reklamın verilməsi ilə əlaqədar olub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

O qeyd edib ki, qanunda televiziyalarda sosial reklamların verilməsi ilə bağlı maddə mövcuddur: "Qanuna əsasən, reklamların 8 faizi sosial reklamlar olmalıdır. Hazırda Azərbaycan televiziyasında sosial reklamlar az səviyyədədir. Ona görə də belə qərara gəldik ki, ümumi reklamın 8 faizi səviyyəsində bütün televiziya ekranlarında sosial reklam göstəriləcək. Yəni, konkret rəqəm müəyyən etdik ki, ondan az sosial reklam göstərilə bilməz. Sosial reklamın göstərilməsi də pulsuzdur. Bu məsələ dövlət tərəfindən tənzimlənəcək. Əgər sosial reklam 8 faizdən az olarsa, onda dövlətin tənzimləmə orqanları və digər orqanlar bununla məşğul olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə