Mərkəzi Bankdan növbəti təlim

Azərbaycan Respublikasının Mərkəzi Bankı "Bilik mübadiləsi" layihəsi çərçivəsində "Junior Achievement Azərbaycan" (JAA) təşkilatı ilə birlikdə tələbələrin bank və maliyyə biliklərinin artırılmasına dair növbəti təlim proqramını həyata keçirib. Bankdan SİA-ya verilən xəbərə görə, "Bank sisteminin inkişafında Mərkəzi Bankın rolu" mövzusunda olan mühazirələr Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində keçirilib.

Təlimin məqsədi ali məktəb tələbələrinin bank və maliyyə sahəsi üzrə biliklərinin artırılması olmuşdur. Mərkəzi Bankın mütəxəssisləri tərəfindən keçirilən 5 günlük treninqdə tələbələrə pul və məzənnə siyasəti, ödəniş sistemlərinin təşkili, bank nəzarəti və tənzimlənməsi, maliyyə bazarları, mərkəzi bankda modelləşdirmə və proqnozlaşdırma və s. məsələlər haqqında ətraflı məlumatlar verilmiş, iştirakçıların mövzulara dair sualları cavablandırılıb.

Təlimdə Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və Qafqaz Universitetinin müvafiq ixtisaslar üzrə təhsil alan müsabiqə yolu ilə seçilmiş 30 tələbəsi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə