İyunun 8-dən etibarən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Fransanın "Alstom" şirkətindən aldığı yeni qatarları sərnişinlərin istifadəsinə verəcək. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildiriblər ki, artıq qatarlar Bakı metrosunda xəttə buraxılaraq sərnişinsiz sınaqdan keçirilib.
Qeyd edək ki, yeni qatarların əvvəlkilərdən həm texniki göstəricilərinə, həm də komfortuna görə fərqlənir. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Yeni qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Vaqonlarda üç rejimdə - soyutma, havalandırma və isitmə rejimlərində çalışan sistem quraşdırılıb, "hərəkətli sətir" sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB