Bu, may ayında BTC kəməri ilə nəql edilən Azərbaycan neftinin həcmidir
Bir aya 2,4 milyon ton

Bu ilin mayında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC vasitəsilə 2 milyon 386 min 815 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, yanvar-may aylarında bu kəmərlə 11 milyon 946 min 559 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il mayın 1-dək BTC-yə 275 milyon 771 min 491 ton neft vurulub.

Ötən ay BTC kəməri ilə 482 min 622 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə