Naxçıvanda əhali işlə təmin olunur

Naxçıvanda əhali işlə təmin olunur

Naxçıvanda əhalinin işlə təmin olunması daim diqqət mərkəzindədir. Cari ilin ötən 5 ayında muxtar respublikada 1156 nəfər işlə təmin olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən bildirilib ki, bu dövr ərzində xidmət tərəfindən 1484 nəfər işaxtaran qeydiyyata alınıb, onlardan 1156 nəfər işlə təmin olunub, 176 nəfər peşə hazırlığı kurslarına cəlb edilib, 70 nəfər haqqıödənilən ictimai işlərə, 21 nəfər isə kvota yerlərinə göndərilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il dekabrın 18-də imzaladığı Sərəncamla təsdiq edilmiş "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" muxtar respublikada əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə