Avstraliyada avtobus sürücüsünün başına qeyri-adi hadisə gəlib. Sərnişin avtobusunun sürücüsü müştərilərdən - qadın və onun qızından ödəniş istəyəndə onların qəzəbinə tuş gəlib.
Adamın pul istəməsindən hiddətlənən qadın onunla mübahisə edib. Qızı ilə birlikdə sürücüyə hücum çəkən qadınla kişi arasında əlbəyaxa döyüşə qızı da qoşulub. Sürücü də onlardan geri qalmayıb; qadının saçından, yaxasından yapışıb, onu vurub. Əvvəlcə qız, sonra isə anası sürücünün üzünə tüpürüb və avtobusdan düşüblər.
Sərnişin avtobusunun təhlükəsizlik kamerası isə həmin görüntüləri anbaan çəkib. Tezliklə video internetdə paylaşılıb. Həmin videonu oxuculara təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB