“Xəzər Neft və Qaz” sərgisinin mətbuat konfransı keçirilib

“Xəzər Neft və Qaz” sərgisinin mətbuat konfransı keçirilib

Bu gün 2-5 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 22-ci Azərbaycan Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisinin mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında "İTE Qrup" şirkətinin icraçı direktoru Edvard Stroon, sərgi meneceri Tofiq Kərimov və media nümayəndələri iştirak edib. Artıq bu il 22-ci dəfə keçiriləcək sərgi və konfrans regionda neft- qaz sənayesinin əsas təmayüllərini müəyyən edir. "Caspian Oil and Gas" sərgisi ünsiyyət platforması olmaqla yanaşı, həm də bütöv bir sənaye sahəsi üçün görüş yeridir. Hər il bu sərgi və konfrans Xəzər regionunun əsas neft- qaz layihələrinin müzakirəsi üçün ən yüksək səviyyəli rəhbər işçiləri bir araya gətirir.

Qeyd edək ki, bu il sərgi dünyanın 27 ölkəsindən gələn şirkətləri qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə