Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ ) tərəfindən 2015-ci il yanvar-may dövründə dövlət qeydiyyatından keçməyən 91 ədəd radioelektron vasitə (REV) aşkarlanıb. DRİ-dən SİA-ya verilən xəbərə görə, göstərilən dövr ərzində müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı DRİ tərəfindən 216 akt tərtib edilib.
Onlardan 41 ədədi möhürlənib, 35 ədədi qeydiyyata salınıb, 7 ədədi silinib və 8 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı 8 protokol tərtib edilib və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB