Mircamal Paşayev "Kapital Bank"dan istefa verdi

Mircamal Paşayev "Kapital Bank"dan istefa verdi

Bu gün "Kapital Bank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. SİA-nın xəbərinə görə, yığıncaqda bankın Müşahidə Şurasının (MŞ) tərkibinə dəyişiklik edilib. MŞ-nin sədri Mircamal Paşayev icraçı direktor olduğu "Pasha Holding" ASC-də işinin çox olması ilə əlaqədar istefa verib. Onun yerinə bir qədər əvvəl holdinqin Bank Qrupunun rəhbəri təyin edilmiş Cəlal Qasımov seçilib. (milli.az)

Bütün xəbərlər Facebook səhifəmizdə