Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək

Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) SİA-ya verilən məlumata görə, mayın 26-da Rusiyanın Həştərxan vilayəti Hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelovun ölkəmizə səfəri olacaq. Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü baş tutacaq.

Görüş zamanı Rusiyanın Həştərxan vilayətində yerləşən sənaye-istehsal tipli xüsusi iqtisadi zonasına dair geniş məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə