Mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar həmin binanın sakinlərinə öz dəstəyini göstərmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən xüsusi qərar qəbul edilib. Bu barədə SİA-ya nazirliyin mətbuat katibi, nazirin müşaviri Müşfiq Əmirov məlumat verib.
Onun sözlərinə görə, nazirlik binada zərərçəkənlərə öz yardımını göstərmək üçün həmin yaşayış binası sakinlərinin bütün telefon və internet borclarını öz hesabına ödəyəcək: "Eyni zamanda yanmış binanın sakinləri üçün nazirlik mənzilləri bərpa olunduqdan sonra telefon və internet xətlərinin çəkilişlərini pulsuz həyata keçirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB