Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında" qanuna əlavə və dəyişikliklər qəbul olunub. SİA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişikliklərə görə, Azərbaycan Mərkəzi Bankının kapital ehtiyatları ilə bağlı qaydalar dəyişdirilir, yeni öhdəliklər müəyyənləşdirilir.
Onun sözlərinə görə, qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15%-i miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Bundan başqa, qanuna bu 13.2-ci maddə əlavə edilir: "Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur". Eyni zamanda 14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.
Eyni zamanda iclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də müzakirə olunub.
Hər iki layihə millət vəkillərinin səsverməsindən sonra qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB