“Geoiqtisadiyyat” kitabı Ulu Öndərə ithaf edilib FOTOLAR

“Geoiqtisadiyyat” kitabı Ulu Öndərə ithaf edilib FOTOLAR

Bu gün Ulu öndər Heydər Əliyevə ithaf edilmiş "Geoiqtisadiyyat" kitabının tədimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, kitabın müəllifi Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlıdır. Təqdimat mərasimində ADİU-nun rektoru, professor Ədalət Muradov, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı iştirak ediblər.

Çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov kitab haqqında məlumat verib. Ümumilli lider Heydər Əliyevə ithaf edilən kitabın böyük elmi əhəmiyyət daşıdığını bildirib.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov İqtisad Universitetinin böyük layihələrə imza atdığını deyib. Kitabın xarici dillərə tərcümə olunaraq Azərbaycandan kənarda da oxuculara təqdim olunacağını ifadə edib.

Azərbaycan – Türkiyə İşadamları Birliyinin (ATİB) rəhbəri Camal Yangın isə kitabın Türkiyənin Əşkişəhər şəhərində təqdimat mərasiminin keçirildiyini vurğulayıb. Kitabın işadamlarına verəcəyi töhfədən danışıb. Bundan sonra isə kitabla bağlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə