Vüqar Bayramov: “Konstitusiya Məhkəməsi vəziyyəti qiymətləndirərək qərar verəcək” AÇIQLAMA
"Konstitusiya Məhkəməsi vətəndaşların və ölkənin iqtisadi maraqlarını nəzərə alaraq qərar qəbul edəcək". Bu sözləri SİA-ya açıqlamasında İqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, vətəndaşların da Kommersiya Banklarının da maraqlarının nəzərə alınması vacibdir. Çünkü yeni qərar bəzi kredit götürən vətəndaşlar üçün və bir sıra Kommersiya Banklarına müəyyən çətinliklər yarada bilər: "Mayın 7- də Konstitusiya Məhkəməsinin verəcəyi qərarı əvvəlcədən praqnozlaşdırmaq çətindir. Çünkü Konstitusiya Məhkəməsi bütövlükdə mövcud vəziyyəti qiymətləndirərək qərar verəcək. Eyni zamanda indiyədək müxtəlif bəzi Rayon Məhkəmələri eyni məzənnə ilə bağlı qərar qəbul edib. Bəzi Rayon Məhkəmələri ödənişi köhnə məzənnəylə aparılmasıyla bağlı qərar qəbul edib. O baxımdan birmənalı şəkildə qiymətləndirməni hansı məzənnəylə ödənişinin ediləcəyini praqnozlaşdırmaq çətindir. Nəzərə alsaq ki, burda əsas məqsəd hüquqi müstəvidə məsələnin həll edilməsi, ödənişlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Burada bir tərəfdən vətəndaşların Kommersiya Banklarının maraqlarını nəzərə alınması vacibdir. Çünkü yeni məcəllə bəzi kredit götürənlər üçün kredit ödəmək baxımdan çətinliklər yarada bilər, köhnə məzənnə ilə isə bir sıra kommersiya banklarının xüsusən xarici valyuta ilə öhdəliklərin çox olmasıyla əlaqəli Kommersiya Banklarının maraqlarının nəzərə alınmalıdır. Bu gün Kommersiya Banklarının maraqları da əhəmiyyətlidir buna görə də köhnə məzənnə, xüsusən xarici valyuta ilə tədbirləri olan bir sıra Kommersiya Bankları üçün müəyyən çətinliklər formalaşdıra bilər. O baxımdan hansı qərar qəbul edilməsindən asılı olmayaraq Konstitusiya Məhkəməsi həm vətəndaşların, həm də ölkənin iqtisadi maraqlarını nəzərə alaraq qərar qəbul edəcək. Bütün hallarda isə belə qərar qəbul edilməsi vacibdir çünkü bu xarici valyuta ilə götürülən kreditlərin ödənilməsi ilə bağlı anlaşılmazlığın aradan götürülməsinə xidmət edəcək".
Səbiyyə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB