Mərkəzi Bank seminar keçirib FOTOLAR

Mərkəzi Bank seminar keçirib FOTOLAR

Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilatçılığı ilə "China UnionPay" beynəlxalq kart təşkilatı tərəfindən bankların və prosessinq mərkəzlərinin nümayəndələri üçün seminar təşkil edilib. Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, tədbir zamanı iştirakçılara təşkilatın regionda və ölkənin ödəniş kartları bazarında gələcək fəaliyyət istiqamətləri, təqdim olunacaq yeniliklər və ödəniş kartları məhsulları haqqında geniş məlumat verilib.

Müzakirələr zamanı təşkilatın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələr, ödəniş kartları ilə əməliyyatlar zamanı tətbiq olunan tarif siyasəti, innovativ ödəniş məhsulları üzrə mövzulara, habelə banklarla qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunulmuş, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə