Nicat Hacızadə: “Forum öz pozitif aurası ilə yadda qaldı” AÇIQLAMA
"III Qlobal Forum Azərbaycan üçün mühüm əhəmiyyətə malik tədbirlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, Azərbaycanda belə mötəbər tədbirlərin keçirilməsi təqdirəlayiq hadisədir: "Azərbaycan Prezidenti Forumda iştirak edənlərə lazımi mesajları verib. Ümumən götürsək, bu tip qlobal forumların Azərbaycanda keçirilməsi və o cümlədən forumlarda ölkə prezidentlərinin və eks - prezidentlərin iştirakı tədbirin əhəmiyyətinin göstəricisidir. Siyasi cəhətdən təbii ki, tədbir ölkəmiz üçün əhəmiyyətə malikdir. Azərbaycan hər zaman olduğu kimi, öz sərt təndiqlərini qərbə ünvanladı, tədbirdə qərb nümayəndələrinin də olduğunu nəzərə alsaq, tənqidlər bir başa zalda əyləşən bir sıra qərbyönümlü şəxslərə də yönəldi".
Ekspert onu da vurğuladı ki, Forumun əsas gündəm mövzusu Avropa Oyunları olub: "İqtisadi baxımdan fikir versək, təbii ki nəzərlər əsasən Avropa Oyunlarına yönəldirildi. Ölkə Prezidenti çıxışında bu yarışın önəmindən, iqtisadi maraqlarımızdan nitq deyərərək, iştirak edən ölkə nümayəndələrini Azərbaycana dəvət etdi. Bir sözlə, bu forum hər zaman olduğu kimi öz pozitif aurası ilə yadda qaldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB