Sığortaçılara aktuar şəhadətnamələri verilib YENİLƏNİB - FOTOLAR
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Aktuarlar Assosiasiyasının təşkilatçılığı ilə aktuar şəhadətnamələrinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov Azərbaycan Aktuarlar Assosiasiyasının müşahidə şurasının üzvü Bilal Bilalov və yerli sığorta şirkətlərinin rəhbərləri iştirak edir.
Tədbirdə çıxış edən Namiq Xəlilov qeyd edib ki, artıq Azərbaycanda 2008-ci ildən etibarən aktuar şəhadətnamələrin verilməsi prosesinə start verilib: "Həmin dövrdən bu günə qədər beynəlxalq agentliklərlə birlikdə layihələr həyata keçirilib. Bunlardan biri ABŞ-ın Dövlət İnkişaf Agentliyi ilə birlikdə olub. Biz bu layihələrə start verdiyimiz vaxtda, Azərbaycanda aktuarla bağlı məlumat azlığı var idi. Biz keçirdiyimiz təlimlər vasitəsilə bu istiqamətdə maarifləndirmə aparmışıq. Bundan sonra isə Azərbaycanda Aktuarlar Assosiasiyası quruldu. Bu istiqamətdə apardığımız işlərin nəticəsi olaraq, Sentyabr ayında Azərbaycanda Beynəlxalq Aktuarlar Assosiasiyası ilə birlikdə beynəlxalq konfrans keçiriləcək".
Qeyd edək ki, bu gün isə 27 təlim keçənlərə aktuar şəhadətnamələri təqdim edilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB