“Azəriqaz”a 20 629 müraciət daxil olub

“Azəriqaz”a 20 629 müraciət daxil olub

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi ilə bağlı ASAN xidmətə müraciət edənlərin sayını açıqlayıb. SOCAR-dan SİA-ya verilən məlumata görə, bu ilin birinci rübü ərzində Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı ASAN xidmət mərkəzlərinə itirilmiş smart kartların bərpası, qeydiyyatda olan və yerli qaz istismar sahələrində təsdiq olunmuş məcburi köçkün abonentlərinə limitlərin verilməsi, saldonun çap olunması, borc haqqında məlumatın təqdim edilməsi, smart sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi və bu tipli sayğacların istismarı ilə bağlı məlumatların verilməsi ilə əlaqədar 20 629 müraciət daxil olub.

Daxil olmuş müraciətlərin hamısı tam icra edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə