ABB elektron ticarətin inkişafında liderdir

ABB elektron ticarətin inkişafında liderdir

Azərbaycan Beynəlxalq Bankı (ABB) Mərkəzi Bankın keçirdiyi müsabiqədə 2014-cü ilin yekunlarına görə "Elektron ticarətin inkişafında lider bank" nominasiyası üzrə 1-ci, "Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank" nominasiyası üzrə 2-ci yerə layiq görülüb.

ABB-dən bildiriblər ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı 2013-cü ildən etibarən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi və illik əsasda onlardan daha aktiv olanlarının seçilərək mükafatlandırılması məqsədi ilə müxtəlif müsabiqələr keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə