Ekspert: “Əhalinin gəlirləri inflyasiyadan iki dəfə artıqdır” AÇIQLAMA

Ekspert: “Əhalinin gəlirləri inflyasiyadan iki dəfə artıqdır” AÇIQLAMA

"Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-cu ilin ilk rübünün yekunları ilə bağlı keçirilən müşavirənin iqtisadi yekunlarını qiymətləndirsək, deyə bilərik ki, cari ilin I rübündə ümumdaxili məhsulda eyni zamanda qeyri-neft sektorunun ümumdaxili məhsulunda artım qeydə alınıb". Bu sözləri SİA-ya iqtisadçı ekspert Vüqar Bayramov açıqlamasında deyib.

Onun sözlərinə görə, manatın devalvasiyasına baxmayaraq ölkədə yüksək inflyasiya qeydə alınmayıb: "Həmçinin manatın devalvasiyası istehlak bazarında aparılan nəzarət eyni zamanda qiymətlərin tənzimlənməsi ilə bağlı fəaliyyətlər inflyasiyanın yüksəlməsinə gətirib çıxarmayıb. Birinci rübün yekunları göstərir ki, əhalinin real gəlirləri inflyasiya səviyyəsindən təxminən iki dəfə artıqdır. Bu da onu göstərir ki, gəlirlər realdır. İnflyasiyanın aşağı olması əhalinin birinci rübdə gəlirinin artması fonunda xərclərin artmasına gətirib çıxarmayıb. Prezident bütün müşavirələrdə olduğu kimi, bu dəfə də Azərbaycan iqtisadiyyatının eləcə də, qeyri-neft sektorunun inkişafı ilə bağlı öz tapşırıq və tövsiyyələrini qeyd etdi. Cənab Prezidentin tapşırıqları göstərir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsində məqsəd Azərbaycanın ixrac ptensialının artırılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, eləcə də əhalinin pul gəlirlərinin reallığının qorunub saxlanmasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə